Putin Patriarx Kirili ad günü münasibətilə çaya dəvət edib - VİDEO

Putin Patriarx Kirili ad günü münasibətilə çaya dəvət edib - VİDEO backend

Rusiya Prezidenti Vladimir Putin Moskva və Bütün Rusiyanın Patriarxı Kirili ad günü münasibətilə təbrik edib və onu çaya dəvət edib.

Qaziler.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Rusiya lideri Kremlin Patriarxal Palatasında Rus Pravoslav Kilsəsinin (RPK) rəhbəri ilə görüşüb. Dövlət başçısı Patriarx Kirilin pravoslav dünyasına və bütövlükdə cəmiyyətə verdiyi töhfəni qeyd edib. Putin Patriarxın enerjisini yüksək qiymətləndirib, ona təşəkkür edərək can sağlığı arzulayıb və ona ağ gül dəstəsi hədiyyə edib.

Görüş zamanı dövlət başçısı RPK rəhbərini çay içməyə dəvət edib.

"Məmnuniyyətlə", - deyə Patriarx Kirill cavab verib.

QAZİLER.AZ