Ukraynadakı qalmaqal Rusiyanın qələbəsini sürətləndirir - KİV

Ukraynadakı qalmaqal Rusiyanın qələbəsini sürətləndirir - KİV backend

Ukraynada baş verən korrupsiya qalmaqalı Qərbin Kiyevə yardımının zəifləməsinə səbəb ola bilər ki, bu da Rusiyanın münaqişədəki qələbəsini sürətləndirəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı yazır.

Jurnalın məlumatına görə, Ukrayna lideri Volodimir Zelenskinin mövqeyi korrupsiya tərəfindən "açıq-aşkar sarsılıb". Məqalədə qeyd olunur ki, onun administrasiya rəhbəri Andrey Yermak "indi böyük təzyiq altındadır və qurban verilə bilər".

Bundan əlavə, “Economist” bildirib ki, Qərbin Kiyevə yardımının korrupsiya qalmaqalı tərəfindən "zəhərlənməsi" "real təhlükə" yaradır.

"Qərbin dəstəyi zəifləsə, yeganə qalib Putin olacaq. O, Ukraynanı əzməyə yaxınlaşacaq", - nəşr bildirib.

QAZİLER.AZ