Kreml Britaniyanın "lazer" ittihamlarına cavab verdi

Kreml Britaniyanın "lazer" ittihamlarına cavab verdi backend

Rusiya Müdafiə Nazirliyi Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin pilotlarını lazerlə hədəfə almaq ittihamlarına münasibət bildirməlidir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu, hərbi gəmilərin hərəkətləri ilə bağlıdır.

“Bu, Müdafiə Nazirliyinə ünvanlanmalıdır. Bu, hərbi gəmilərimizin hərəkətləri ilə bağlıdır. Yalnız hərbçilərimiz bu barədə şərh verə bilər", - deyə Peskov bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirmişdi ki, Rusiya tədqiqat gəmisi “Yantar” kəşfiyyat təyyarəsinin manevrlərini müşahidə edən heyətinə lazerlər tuşlayıb. Hili iddia edib ki, hadisə zamanı gəmi Şotlandiyanın şimalında olub. O qeyd edib ki, nazirlik "hər şeyi görür və bilir" və sözlərini "Rusiyaya mesaj" adlandırır.

QAZİLER.AZ