İspaniya arbitraj məhkəməsi “Meta” şirkətinə 87 milli onlayn nəşr və xəbər agentliyinə 479 milyon avro ödəməyi əmr edib.
Qaziler.az xəbər verir ki, bu barədə EFE-nin məlumatında qeyd olunub.
Məhkəmə şirkətin Rusiyada qadağan olunmuş “Facebook” və “Instagram” istifadəçilərinin şəxsi məlumatlarından qanunsuz istifadə etdiyini müəyyən edib.
Məlumatda bildirilir ki, bu məlumatlar təqlənmiş reklam üçün istifadə edilib və bununla da ədalətsiz rəqabət şəraiti yaradıb. Məhkəmə bu cür hərəkətlərin texnologiya nəhənginə digər rəqəmsal media üzərində əsassız üstünlük verdiyini aşkar edib.
QAZİLER.AZ



