Ukrayna hökuməti bu gün buraxıla bilər

Ukrayna hökuməti bu gün buraxıla bilər backend

Ukrayna hökumətinin istefası 20 noyabr, cümə axşamı günü baş tuta bilər.

Qaziler.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş nazir Nikolay Azarov TASS-a verdiyi şərhdə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı bir neçə qətnamə layihəsi Ali Radada qeydiyyata alınıb.

“Cümə axşamı həlledici gündür. Hökumətin istefasını tələb edən bir neçə qətnamə artıq qeydiyyata alınıb: "Batkivşina" fraksiyasından və bir sıra digər deputatlardan. Ona görə də məsələni səsverməyə çıxarmaq məcburiyyətində qalacaqlar. Düşünürəm ki, hökumət istefaya göndəriləcək”, - Azarov deyib.

QAZİLER.AZ