Ukrayna planı Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur - KİV

Ukrayna planı Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur - KİV backend

ABŞ-nin Ukrayna üzrə təqdim etdiyi yeni tənzimləmə planı Krım və Donbasın Rusiya əraziləri kimi tanınmasını ehtiva edir.

APA xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, “ABŞ və digər ölkələr Krım və Donbası Rusiya əraziləri kimi tanıyacaq, lakin Ukraynadan bunu etməsi tələb olunmayacaq”.

Qeyd edilir ki, bu plan Donbasda Ukraynanın güzəştə gedəcəyi ərazilərin demilitarizasiya olunmuş zona kimi qəbul edilməsini nəzərdə tutur.

“Həmin ərazilər Rusiyanın nəzarətində olsa da, Ukraynanın güzəştə gedəcəyi Donbas bölgələri demilitarizasiya zonası sayılacaq və Rusiya orada hərbi qüvvə yerləşdirə bilməyəcək”, - portal vurğulayır.