Əvvəlki rəhbərliyi dövründə ABŞ "dünya üçün rüsvayçılıq" idi, lakin indi ölkə beynəlxalq hörməti bərpa edib.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı nümayəndələri ilə keçirilən sammitdə bildirib.
ABŞ lideri Amerika rəhbərliyinin öz funksiyalarını effektiv şəkildə yerinə yetirə bilmədiyi dövrü tənqid edib. Tramp vurğulayıb ki, indi vəziyyət kəskin şəkildə dəyişib və ABŞ yenidən dünya səhnəsində öz layiqli yerini tutur.
"Onlar bizə hörmət etmirdilər. Biz bir dəstə axmaq idik və prezidentimiz ayağa qalxa, danışa və ya pilləkənlərlə qalxa bilmirdi. Biz dünya üçün rüsvayçılıq idik", - Tramp deyib.
QAZİLER.AZ



