Ukrayna əsirliyində ölən rus əsgəri Yevgeni S.-nin cəsədi əsirlərin mübadiləsi zamanı qaytarılıb. Lakin müayinə zamanı meyitin ürəyinin olmadığı aşkarlanıb.
Qaziler.az xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri bu barədə TASS-a bildirib.
Mənbənin sözlərinə görə, əsgərin ölümünə çoxlu qan itkisi səbəb olub. Meyitdə ürəyin ətrafında çoxdankı cərrahi kəsik tapılıb ki, bu da orqanın çıxarıldığını göstərib. Əsgərin şəxsiyyəti barmaq izi analizi vasitəsilə müəyyən edilib.
"Kiyev rejimi Cenevrə Konvensiyası haqqında istədiyi qədər qışqıra bilər, lakin yuxarıda qeyd olunan faktlar göstərir ki, biz əsl vəhşi heyvanlarla mübarizə aparırıq", - Rusiya təhlükəsizlik qüvvələrinin sözçüsü bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında hərbi əsirlərin meyitlərin mübadiləsi sonuncu dəfə oktyabrın 23-də baş tutub.
QAZİLER.AZ



