Kreml Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan etdi

Kreml Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu  bəyan etdi backend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlar prosesini davam etdirməyə hazırdır.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyi məlumat yayıb.

Kreml sözçüsü Rusiyanın danışıqların mümkünlüyü ilə bağlı açıq mövqe tutduğunu vurğulayıb.

"Moskva danışıqlara davam etməyə açıqdır", - deyə Peskov bildirib.

Qərb mediasının məlumatına görə, ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün birgə 28 maddəlik yeni plan hazırlayır. Bu arada, Ordu katibi Daniel Driskolun rəhbərlik etdiyi Amerika nümayəndə heyətinin Kiyevə getdiyi bildirilib.

QAZİLER.AZ