Ronaldo Donald Trampa təşəkkür etdi

Ronaldo Donald Trampa təşəkkür etdi backend

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo Ağ Evə səfərindən sonra ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə Ronaldo “X” sosial media səhifəsində paylaşım edib.

"Cənab Prezident, dəvətiniz və sizin və Birinci xanımın mənə və gələcək həyat yoldaşım Corcinaya göstərdiyiniz səmimi qarşılama üçün təşəkkür edirəm. Mən yeni nəsilləri cəsarət, məsuliyyət və davamlı sülhə əsaslanan gələcək qurmağa ruhlandırmağa sadiqəm və hər birimiz buna dəyərli töhfə verə bilərik", - deyə Ronaldo yazıb.

Noyabrın 18-də Ronaldo Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın səfəri şərəfinə Ağ Evdə keçirilən şam yeməyində xüsusi qonaqlardan biri olub.

QAZİLER.AZ