ABŞ Prezidenti Donald Tramp ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda bütün dünyanın Amerika silahları ilə maraqlandığını bildirib.
Qaziler.az xəbər verir ki, onun sözlərini RİA “Novosti” agentliyi sitat gətirib.
"Dünyanın hər bir ölkəsi onları istəyir. Onlar bizim qırıcı təyyarələrimizi, raketlərimizi istəyirlər, amma biz daha sürətli olmalıyıq", - deyə ABŞ lideri vurğulayıb.
Noyabrın ortalarında Yaponiya ilk dəfə olaraq Amerika lisenziyası ilə istehsal olunan və Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin xidmətində olan “Patriot” zenit raketlərini ABŞ-yə ixrac edib.
QAZİLER.AZ



