Putin sağlamlıq durumunu açıqlayıb

Putin sağlamlıq durumunu açıqlayıb backend

Rusiya Prezidenti Vladimir Putin illik tibbi müayinədən keçib.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, dövlət başçısı bunu süni intellektin gündəlik problemlərin həllində roluna həsr olunmuş sərgidə açıqlayıb.

"İllik müayinəmdən təzə keçdim; klinikada gecələmə də daxil olmaqla, təxminən iki gün çəkdi. Günortadan sonra gəldim və ertəsi gün getdim. Allaha şükür, hər şey yaxşıdır", - deyə Rusiya lideri bildirib.

Sentyabr ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin hər gün sağlam həyat tərzi sürməyə çalışır. O bildirib ki, Rusiya liderinin bu qədər enerjini haradan aldığını anlamaq bəzən çətindir, çünki o, daim pik konsentrasiyada olmalıdır və yatmaq üçün çox az vaxtı qalır.

QAZİLER.AZ