Böyük Britaniya Avropa Birliyinin müdafiə fonduna qoşulmaq istəyir, amma nəyinsə bahasına yox.
Qaziler.az “Sky News”a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Hili may ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) fondu ilə bağlı razılaşmanı bir neçə həftə müzakirə etdiyini xatırladıb.
Nazir deyib: "Biz hər mərhələdə danışıqlar apardıq, razılığa gəlməyə hazırıq".
O qeyd edib ki, Böyük Britaniya tərəfi proqramın xərclərinə ədalətli şəkildə töhfə verməyə hazır olduğunu açıq şəkildə bildirib.
"Vergi ödəyicilərimiz və sənayemiz üçün yaxşı dəyər təşkil edərsə, pul ödəməyə hazırıq. Bir neçə həftəlik danışıqlar ərzində Aİ-nin bir sıra vacib aspektlər üzrə təkliflərini gözlədik. Bizim mövqeyimiz budur ki, biz bu proqramın bir hissəsi olmağa hazırıq, lakin nəyin bahasına olursa olsun buna razı olmağa hazır deyilik", - deyə Hili əlavə edib.
QAZİLER.AZ



