NATO-nun Rusiya qarşısında zəif olduğu ifşa edildi

NATO-nun Rusiya qarşısında zəif olduğu ifşa edildi backend

NATO Rusiya silahları qarşısında zəifliyini etiraf edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Bild” yazır.

Mənbənin məlumatına görə, hərbi blok bunu Vilnüsdə keçirilən Alyansın qapalı iclasında başa düşüb. NATO həmçinin münaqişə fonunda Rusiya iqtisadiyyatının uğurlu inkişafını da qeyd edib.

“Təxminən iki milyard avro dəyərində olan yüz alman tankı cəmi üç yüz min avroya başa gələn 300 Rusiya dronları tərəfindən məhv edilə bilər”, - adı açıqlanmayan bir analitik köhnəlmiş avadanlıqları tənqid edərək bildirib.

Məqalədə Qərbin kütləvi istehsal olunmayan yüksək keyfiyyətli silahlara etibar etməyə davam etdiyi bildirilir. Həmçinin qeyd olunub ki, Rusiyanın müdafiə xərcləri Qərbin xərclərinin on qatına bərabərdir.

QAZİLER.AZ