Litva Belarusla sərhədini açmaq qərarına gəlib

Litva Belarusla sərhədini açmaq qərarına gəlib backend

Litva hakimiyyəti Belarusla sərhədi vaxtından əvvəl açmaq qərarına gəlib.

Qaziler.az Sputnik Litva-ya istinadən xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin rəhbəri Vladislav Kondratoviç bildirib.

"Sərhəddəki dəyişən vəziyyət bizə onu açmaq qərarını verməyə imkan verir", - Kondratoviç deyib.

Onun sözlərinə görə, Myadininkay və Şalçininkay sərhəd keçid məntəqələri vaxtından əvvəl açılacaq, lakin nazirin qeyd etdiyi kimi, hakimiyyət orqanları sərhədi yenidən bağlamaq hüququnu özündə saxlayır.

QAZİLER.AZ