Ayılar üç qadını parçaladılar

Ayılar üç qadını parçaladılar backend

Hindistanda Himalay ayıları 11 gündə üç nəfəri parçalayıb.

Qaziler.az bildirir ki, bu barədə News9live nəşri məlumat verir.

Bildirilir ki, Hindistanın Uttarakhand əyalətində Himalay ayıları 11 gündə üç nəfərin ölümünə səbəb olub.

27 oktyabrda bir qadın ayıdan qaçmağa çalışarkən yamacdan yıxılıb. 2 noyabrda bir kişi başqa bir ayının hücumu nəticəsində ağır yaralanıb. Bir gün sonra ikinci bir qadını ayı parçalayıb. 6 noyabrda üçüncü bir qadın ayıdan qaçarkən sürüşərək böyük bir hündürlükdən yıxılıb.

Silsilə hadisələr ətraf kəndlərdə təşvişə səbəb olub. Meşələrin kəndlərlə sərhəddə olduğu ərazilərdə vəziyyət xüsusilə ağırdır. Vəziyyəti həll etmək üçün meşə idarəsi ilk dəfə ayıların öldürülməsi əmrini verib.

QAZİLER.AZ