Yaponiyada güclü yanğın: 170-dən çox binaya ziyan dəyib

Yaponiyada güclü yanğın: 170-dən çox binaya ziyan dəyib backend

Yaponiyanın Oita əyalətində, limanın yaxınlığındakı yaşayış massivində baş verən yanğında 170-dən çox binaya ziyan dəyib, bir nəfər itkin düşüb.

Qaziler.az bildirir ki, "Kyodo News"un məlumatına görə, Saqanoseki bölgəsindəki liman yaxınlığında baş verən yanğın səbəbindən 180-dən çox insan təxliyə edilib.

Səlahiyyətlilər bildiriblər ki, 49.000 kvadrat metrlik ərazini əhatə edən yanğında 170 bina zərər görüb və alov meşəlik əraziyə yayılıb.

70 yaşlarında bir nəfər də itkin düşüb.

Təxminən 12 saat alovla mübarizə aparan yanğınsöndürənlər hələ də alovla mübarizə aparırlar.

Yaponiyanın Baş naziri Takaiçi Sanae  X sosial media platformasında yerli hökumətlərlə əməkdaşlıqda maksimum dəstək verəcəklərini açıqlayıb.

QAZİLER.AZ