Rusiyanın Tümen şəhərindəki "Domaşnı" yaşayış kompleksinin qarşısında atışma baş verib.
Qaziler.az xəbər verir ki, SHOT Telegram kanalı şahidlərə istinadən bildirib ki, naməlum şəxslər Tümendəki "Domaşnı" yaşayış kompleksindəki bina qarşısında atəş açıblar. Hadisədən qorxuya düşən sakinlər polisə zəng ediblər, lakin cinayətkarlar hüquq-mühafizə orqanları gələnə qədər qaçmağı bacarıblar.
Hadisə yerli vaxtla təxminən saat 21:30-da baş verib. Şahidlər əvvəlcə pəncərələrin altında qəribə bir qrup insanın dayandığını görüblər. Anidən kişilərdən biri atəş açmağa başlayıb. Şahidlər iddia edirlər ki, bu, avtomatdan açılan atəş olub.
QAZİLER.AZ



