Çin sanksiyalara baxmayaraq, Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır

Çin sanksiyalara baxmayaraq, Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır backend

Moskvada Rusiyanın Baş naziri Mixail Mişustin ilə  keçirilən görüşdə Çinin Baş naziri Li Tsyan Çinin Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Çin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

"Çin Rusiya ilə əməkdaşlığa, ünsiyyəti və koordinasiyanı gücləndirməyə davam etməyə və hər iki ölkənin xalqlarının maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazırdır", - deyə Li Tsyan bildirib.

Onun sözlərinə görə, Çin Rusiya ilə investisiya, enerji, kənd təsərrüfatı və digər sektorlarda əməkdaşlığı dərinləşdirməyə hazırdır. O əlavə edib ki, Çin Rusiyanı Çin bazarına kənd təsərrüfatı məhsulları və ərzaq tədarükünü artırmağa çağırıb.

QAZİLER.AZ