Çin hökumətin Tayvanla bağlı açıqlamalarına görə iki yapon filminin nümayişini dayandırıb.
Yaponiya Baş naziri Sanae Takaitinin Tayvanla bağlı açıqlamalarından sonra Çində bir neçə yapon filminin nümayişi ləğv edilib.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" məlumat verir.
Məlumdur ki, noyabr ayında siyasətçi Çin hakimiyyətinin Tayvan üzərində zorla nəzarət qurmaq istəyinin Yaponiyanı təhdid etdiyini və hərbi cavab verə biləcəyini bildirmişdi.
Dövlət televiziyası CCTV Yaponiya filmlərinin nümayişinin dayandırılması qərarını ölkədəki əhval-ruhiyyəni əks etdirən "məqbul qərar" adlandırıb.
QAZİLER.AZ



