ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.
Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.
Şahzadə Salmanın “Mercedes” avtomobili atlı mühafizəçilərin müşayiəti ilə Ağ Evə gəlib. Onu qapıda Trampın özü, ABŞ dövlət katibi Marko Rubio, ABŞ vitse-prezidenti Cey Di Vens və digər siyasətçilər də daxil olmaqla, ABŞ-nin yüksək vəzifəli rəsmiləri qarşılayıblar.
Şahzadə bin Salmanın səfər proqramına Oval kabinetdə danışıqlar, Nazirlər Kabinetində işgüzar nahar və rəsmi şam yeməyi daxildir.
ABŞ və Səudiyyə Ərəbistanı liderləri arasında keçirilən görüşdə Ər-Riyada 48 ədəd Amerikanın beşinci nəsil qırıcı təyyarəsinin mümkün satışının müzakirə ediləcəyi gözlənilir. İsrail hazırda Yaxın Şərqdə bu cür təyyarələrə sahib olan yeganə ölkədir.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi 17 noyabrda Trampın dəvəti ilə ABŞ-yə səfər edib.
QAZİLER.AZ



