ABŞ-nin NATO-dakı Daimi Nümayəndəsi Metyu Uitaker Avropa Birliyini Rusiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə, o cümlədən dondurulmuş aktivləri müsadirə etməyə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
"Düşünürəm ki, bu [aktivlərin müsadirəsi] yeni bir mərhələni - daha aqressiv Avropanı qeyd edəcək. Daha cəsarətli davranmağın vaxtıdır", - Uitaker deyib.
Daimi Nümayəndənin sözlərinə görə, əgər Aİ aktivlərin müsadirə planı ilə irəliləsə, bu, qarşıdakı illərdə Ukrayna üçün maliyyələşdirmənin təmin edilməsində əhəmiyyətli bir addım olacaq.
QAZİLER.AZ



