Ukraynaya vəd edilən Fransanın "Rafale" qırıcıları zəifdir - KİV

Ukraynaya vəd edilən Fransanın "Rafale" qırıcıları zəifdir - KİV backend

Ukraynaya vəd edilən Fransanın “Rafale” qırıcıları döyüş qabiliyyətinə görə Rusiyanın “MiG-31BM” və “Su-57”lərindən daha zəifdir.

Qaziler.az xəbər verir ki, bu haqda Amerikanın “Military Watch Magazine” nəşri yazıb.

17 noyabrda Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla 2035-ci ilə qədər Kiyevə 100-ə qədər “Rafale F4” qırıcısı tədarük etmək niyyəti barədə bəyannamə imzalayıb.

Hazırda Ukrayna Hərbi Hava Qüvvələri Sovet istehsalı “Su-27” və “Su-24M”, “MiG-29A/UB”, eləcə də Amerika istehsalı “F-16” və Fransanın “Dassault Mirage 2000”ləri də daxil olmaqla beş növ qırıcı təyyarədən istifadə edir. Amerikalı jurnalistlərin fikrincə, yeni Fransa təyyarələrinin çatdırılmasının cəbhədəki güc balansına təsir göstərməsi ehtimalı azdır.

QAZİLER.AZ