BMT Təhlükəsizlik Şurası Qəzza zolağını idarə etmək üçün "Sülh Şurası" yaratmaq ideyasını dəstəklədi.
Qaziler.az xəbər verir ki, bu açıqlamanı ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial səhifəsində paylaşıb.
Onun sözlərinə görə, qərar Çin, Rusiya, Fransa, Böyük Britaniya və Pakistan tərəfindən dəstəklənib.
"BMT Təhlükəsizlik Şurasında keçirilən inanılmaz səsvermə münasibətilə bütün dünyanı təbrik edirəm! Şura mənim sədrlik etməkdən şərəf duyacağım “Sülh Şurası”nın yaradılmasını yekdilliklə tanıdı və təsdiqlədi", - deyə Tramp bildirib.
Amerika liderinin sözlərinə görə, "Sülh Şurası"na "dünyanın nüfuzlu və hörmətli liderləri" daxil olacaq. O, əlavə edib ki, direktorlar şurasının tərkibi və bir çox digər maraqlı açıqlamalar yaxın həftələrdə veriləcək.
QAZİLER.AZ



