Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa razılıq verdi - ŞƏRTLƏR

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa razılıq verdi - ŞƏRTLƏR backend

Bu gün Vyanada OPEK üzvü olan ölkələrin növbəti görüşü keçiriləcək. APA TV-nin məlumatına görə, daha öncə təşkilatın qeyri-formal lideri olan Səudiyyə Ərəbistanı hasilatı azaltmağa hazır olduğunu açıqlayıb. Lakin bunun müqabilində İraq, İran, eləcə də təşkilata üzv olmayan Rusiya, Qazaxıstan, Meksika və Oman da daxil olmaqla, digər neft inhisarçıları da üzərinə eyni öhdəliklər götürməlidir. Bu səbəbdən Krallıq qurumun xam neftin qiymətindəki azalması nəticəsində zərər çəkən üzvlərin təklif etdiyi qiymətlərin dəstəklənməsi istiqamətində çağırışları da rədd edib. OPEK nümayəndələrindən biri deyib ki, hasilatın azaldılmasına nail olmaq üçün təşkilata üzvü olmayan ölkələrin də bu prosesə dəstək verməsi vacibdir.

Məsələn, Bağdad hazırda sutkada 4 milyon barel təşkil edən hasilat səviyyəsini artırmağa tələsmir. Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanı növbəti ildə neft hasilatını sutka ərzində 1 milyon barel həcminədək azaldılmasını təklif edəcək ki, bu da dünya üzrə neft hasilatı həcminin 1 faizdən bir qədər artıq hissəsinə uyğun gəlir. Ümumilikdə isə dünya ölkələrində hasil edilən neftin 40 faizi OPEK-in payına düşür.

“Bloomberg”in məlumatına görə, təşkilata üzv ölkələr tərəfindən gün ərzində 30 milyon barel həddində müəyyənləşdirilən ümumi hasilat kvotasına artıq 18 aydır riayət edilmir. Agentlik qeyd edir ki, noyabr ayı ərzində OPEK üzvü olan ölkələrin hasilat həcmi sutkada 32,12 milyon barel təşkil edib.

Qeyd edək ki, İranda neft hasilatının həcmi 2012-ci ilin yayından rekord həddə - sutkada 3,3 milyon barelə çatdırılıb. İran rəsmiləri ölkə üzərindəki sanksiyaların götürülməsi durumunda hasilat həcmini daha da artırmağı vəd edir. Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, bu proses artıq 2016-cı ilin yanvar ayından başlana bilər.

Diaspora