Qəzaya uğramış "C-130" təyyarəsinin "qara qutu"su nə vaxt açılacaq? - Tarix bəlli oldu

Qəzaya uğramış "C-130" təyyarəsinin "qara qutu"su nə vaxt açılacaq? -  Tarix bəlli oldu backend

Türkiyənin milli müdafiə naziri Yaşar Güler 20 əsgərin həlak olduğu "C-130" hərbi yük təyyarəsinin qəzası ilə bağlı mühüm açıqlamalar verib.

Oxu.Az "A Haber"ə istinadən xəbər verir ki, nazir təyyarənin "qara qutu"sunun açılması və ilkin nəticənin hasil olması prosesinin təxminən iki ay çəkəcəyini bildirib.

Güler qeyd edib ki, qəza ilə bağlı ilkin nəticələr təyyarənin quyruq hissəsində qopma olduğunu göstərib. Onun sözlərinə görə, "qara qutu"dan əldə edilən məlumatlar qəzanın səbəbi barədə dəqiq məlumat verəcək.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri də daxil olmaqla 20 hərbçi həlak olub.