Barselona hakimiyyəti sakinlərin benzinlə işləyən mopedlərdən elektrik mopedlərinə keçməsi üçün 600 avro subsidiya almasına imkan verən proqrama 15 milyon avro ayıracaq.
Qaziler.az xəbər verir ki, bu barədə "Periodio" qəzeti məlumat yayıb.
"Bu, görünməmiş və yeni tədbirdir. İstifadəçilərə birbaşa yardım 2030-cu ilə qədər bütün moped parkının elektrikə və sıfır emissiyaya çevrilməsinə imkan verəcək", - deyə Barselona meri Jaume Kollboni bildirib.
Subsidiya almaq üçün daxili yanma mühərriki olan mopedin ləğv edilməsi lazımdır. Şəhər Şurası plana əsasən 20.000-ə qədər daxili yanma mühərrikli mopedin əvəz olunmasını gözləyir.
Nəşrin qeyd etdiyi kimi, hazırda Barselonada 32.000 moped qeydiyyatdan keçib ki, onlardan 25%-i (8.000) artıq elektriklidir, qalanları isə hələ də daxili yanma mühərrikli nəqliyyat vasitələridir.
QAZİLER.AZ



