Hindistanda hakerlər doğum xəstəxanalarındakı kameraları sındıraraq videoları sosial mediada satıblar.
Qaziler.az xəbər verir ki, BBC-nin məlumatına görə, ölkə daxilində 50.000-dən çox kameradan məlumatlar oğurlanıb.
Fevral ayında Qucarat ştatının polisi yerli doğum xəstəxanasında müayinədən keçən hamilə qadınların videolarının “YouTube”da peyda olduğunu aşkar edib. Hər videonun sonunda fırıldaqçılar “Telegram” kanallarına keçidlər qoyublar və oradan videoların tam versiyasını 9 ilə 22 dollar arasında əldə etmək mümkün olub.
İstintaq zamanı hüquq-mühafizə orqanları xəstəxanalar, kolleclər, ofislər və hətta şəxsi yataq otaqları da daxil olmaqla müxtəlif yerlərə daxil olmaq üçün ölkə daxilində kameraları sındıran cinayətkar qrupu aşkar ediblər. Cinayətkar şəbəkə həmçinin başqalarının evlərindən canlı yayımlar da təklif ediblər.
QAZİLER.AZ



