Rumıniyada Ukrayna ilə həmsərhəd olan kəndin əhalisi təxliyə edilir

Rumıniyada Ukrayna ilə həmsərhəd olan kəndin əhalisi  təxliyə edilir backend

Rumıniya hakimiyyəti Ukraynanın İzmail şəhəri ilə üzbəüz, Dunay sahilində yerləşən Plauru kəndinin sakinlərini təxliyə etmək qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə “Euractiv” xəbər verir.

Rəsmi məlumatlara görə, 2021-ci ildə Plauru kəndinin əhalisi 32 nəfərdən ibarət olub. İndiyə qədər 15 nəfər təxliyə edilib.

Təxliyə Ukraynanın cənubunda mayeləşdirilmiş neft qazı daşıyan tankerə dron hücumundan sonra həyata keçirilib. Hücum gəmidə yanğına səbəb olub. Gəminin Rumıniya ərazisinə yaxın olması və daşınan yükə görə hakimiyyət orqanları yerli sakinləri təxliyə etmək qərarına gəlib.

QAZİLER.AZ