Paralimpiya çempionu Peyc Qreko 28 yaşında vəfat edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə Bu barədə Avstraliya Velosport Federasiyası noyabrın 17-də öz saytında məlumat verib.
"Bazar günü Peycin Adelaidadakı evində qəfil ürək tutmasından sonra vəfat etdiyi açıqlanıb", - məlumatda deyilir.
2020-ci il Tokio Paralimpiya Oyunlarında Qreko dünya rekordunu qıraraq Avstraliyanın oyunlarda ilk qızıl medalını qazanıb. Karyerası ərzində o, həmçinin dəfələrlə dünya çempionu və Dünya Kubokunun medalçısı olub.
Avstraliya Paralimpiya Komitəsinin baş direktoru Kameron Murrey Avstraliya Paralimpiya hərəkatının ən parlaq gənc ulduzlarından birinin itkisinin sarsıdıcı olduğunu bildirib.
QAZİLER.AZ



