Belaya çayındakı bəndin yaxınlığında tapılan Ufadan olan tələbənin cəsədi Hindistana təhvil verilib.
Ufada Belaya çayında boğulan hindistanlı tələbə Acit Sinq Çaudharinin cəsədi Hindistana qaytarılıb. Başqırd Dövlət Tibb Universitetinin 22 yaşlı tələbəsi 19 oktyabrda itkin düşüb və şəxsi əşyaları sahildə tapılıb.
Qaziler.az bildirir ki, bu barədə "Bhaskar English" xəbər verir.
Gənc oğlanın cəsədi 18 günlük axtarışdan sonra bəndin yaxınlığında tapılıb. Təxminən doqquz gün sonra Rusiyada autopsiya aparılıb. Üç gün sonra cəsəd təyyarə ilə Hindistana aparılıb və yerli tibbi komissiya ikinci autopsiyanı həyata keçirib. Daha sonra cəsəd doğma kəndində kremasiya edilib.
Tələbənin ailəsi onun ölümünün səbəblərinin hərtərəfli araşdırılmasını tələb edir. Qohumlarının sözlərinə görə, itkin düşməzdən bir müddət əvvəl Acit pul istəyib və tələbə yoldaşı ilə münaqişə barədə məlumat verib.
QAZİLER.AZ



