Filippində baş verən iki güclü tayfun nəticəsində ölənlərin sayı 297-yə çatıb.
Filippində baş verən "Kalmaegi" və supertayfun "Funq Vonq" nəticəsində ölənlərin sayı 297-yə çatıb.
Qaziler.az bildirir ki, bu barədə Philippine News Agency (PNA) noyabrın 17-də Milli Fəlakət Risklərinin Azaldılması və İdarəedilməsi Şurasına (NDRRMC) istinadən məlumat yayıb.
Son rəqəmlərə görə, "Kalmaegi" tayfunu 269 nəfərin ölümünə səbəb olub ki, bunların da çoxu Sebu əyalətində, Neqros adasında, qərbi və şərqi Visayas bölgələrində aşkarlanıb.
Daha 523 nəfər yaralanıb, 113 nəfər isə hələ də itkin düşüb.
QAZİLER.AZ



