Polşa Belarusla iki sərhəd keçid məntəqəsini açıb

Polşa Belarusla iki sərhəd keçid məntəqəsini açıb backend

Polşa hakimiyyəti fasilədən sonra Kuznitsa və Bobrovnikidə Belarusla iki sərhəd keçid məntəqəsini yenidən açıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə RMF24 radiosu noyabrın 17-də məlumat yayıb.

"Podlaskie voyevodalığı Kuznitsa və Bobrovnikidə Belarusla avtomobil sərhəd keçid məntəqələrini yenidən açıb. Kuznitsadakı keçid dörd il, Bobrovnikidəki keçid isə iki il yarımdan çox bağlanmışdı", - deyə məlumatda bildirilir.

Radionun məlumatına görə, 2021 və 2023-cü illərdə sərhəd keçid məntəqələrinin bağlanması "ciddi iqtisadi problemlərə" səbəb olub. Yerli hakimiyyət orqanları iki keçid məntəqəsinin bağlanmasının regionda biznes fəaliyyətinin çökməsinə səbəb olduğunu bildirirlər.

QAZİLER.AZ