Tramp Rusiya ilə ticarət əlaqələri olan ölkələrə qarşı sanksiyalar elan etdi

Tramp Rusiya ilə ticarət əlaqələri olan ölkələrə qarşı sanksiyalar elan etdi backend

ABŞ prezidenti Donald Tramp respublikaçıların Rusiya ilə ticarətəlaqələri olan ölkələrə qarşı sanksiyalar tətbiq etmək üzərində işlədiyini bildirib.

Qaziler.az bildirir ki, bu barədə "Reuters"  məlumat yayıb.

Elan edilən sanksiyalar Rusiya ilə ticarət əlaqələri ola hər bir ölkəyə şamil ediləcək. Hazırda müvafiq qanun layihəsi üzərində ABŞ-nin Respublikaçılar partiyası işləyir.

"Bildiyiniz kimi, mən Rusiya ilə ticarət edən istənilən ölkənin çox sərt sanksiyalara məruz qalmasını təklif etmişəm", - deyə Tramp bildirib.

ABŞ prezidenti qanun layihəsi ilə bağlı təfərrüatları açıqlamasa da, hansı ölkənin ilk sanksiyalara məruz qalacağına işarə etdi.

 "İran da bu siyahıya əlavə edilə bilər", - Donald Tramp qeyd edib.

QAZİLER.AZ