İraq kürdləri Rusiyanın göstərdiyi şəkillərdə öz neft daşıyan maşınlarını tanıdı...

İraq kürdləri Rusiyanın göstərdiyi şəkillərdə öz neft daşıyan maşınlarını tanıdı... backend

İraqdakı Kürdüstan muxtariyyəti Rusiya Müdafiə Nazirliyinin İŞİD-ə aid olduğunu iddia etdiyi neft daşıyan yük maşınlarının onlara məxsus olduğunu bildirib.

Virtualaz.org bildirir ki, bu barədə İraqdakı Kürdüstan muxtariyyəti parlamenti Energetika komitəsinin sədri Şerko Cövdətə istinadən Türkiyənin “Daily Sabah” qəzeti xəbər yayıb.

Kürdüstan rəsmisi Rusiyanın İŞİD-ə aid olduğunu iddia etdiyi avtosisternlərin əslində Şimali İraqdan Türkiyəyə neft daşıdığını deyib.

Bundan öncə, Rusiya Müdafiə Nazirliyi xarici ölkələrin hərbi atteşələri üçün təşkil etdiyi mətbuat konfransında Türkiyənin İŞİD-dən neft almasının sübutu kimi Suriya və İraqın Türkiyə ilə sərhəddində çoxsaylı neft daşıyan avtosisternlərin havadan çəkilən fotolarını nümayiş etdirmişdi.
Diaspora