Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, Türkiyənin Rusiyanın “SU-24” təyyarəsi ilə bağlı hadisədə atdığı addım peşəkar və bütün beynəlxalq normalara uyğun olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Turçinov Ukraynanın “5-ci kanal” telekanalına müsahibəsində deyib.
Aleksandr Turçinov qeyd edib ki, Ukraynanın hava məkanı döyüş təyyarələri tərəfindən pozulacağı təqdirdə ukraynalı hərbçilər eyni addımı atacaqlar.