İtaliya Baş nazirinin müavini Matteo Salvini bildirib ki, Ukraynaya maliyyə və hərbi yardım onun müdafiəsini deyil, korrupsiya sxemlərini gücləndirir.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” yazır.
O bildirib ki, cəbhə xəttində və ölkə daxilində baş verən hadisələr Kiyevi dəstəkləməyə yenidən baxılmasını tələb edir
“Ukrayna hökumətinin iştirak etdiyi korrupsiya qalmaqalları ortaya çıxır, ona görə də mən italyan işçilərinin və təqaüdçülərinin pullarının daha da korrupsiyanı artırmaq üçün istifadə olunmasını istəməzdim”, - Salvini vurğulayıb.
Siyasətçi həmçinin daha çox silah göndərilməsinin problemi həll edəcəyinə inanmadığını əlavə edib. Onun fikrincə, Rusiya qoşunlarının irəliləməsi də daxil olmaqla, mövcud hadisələr göstərir ki, hərbi qarşıdurmaya son qoymaq bütün tərəflərin, xüsusən də Ukraynanın maraqlarına uyğundur.
QAZİLER.AZ



