Trampı nüvə sınaqları keçirməkdən çəkindirməyə çalışırlar - CNN

Trampı nüvə sınaqları keçirməkdən çəkindirməyə çalışırlar - CNN backend

ABŞ-nin yüksək vəzifəli enerji və nüvə təhlükəsizliyi rəsmiləri prezident Donald Trampı nüvə silahı sınaqlarını bərpa etməkdən çəkindirmək üçün yaxın günlərdə Ağ Ev və Milli Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşməyi planlaşdırırlar.

Qaziler.az xəbər verir ki, bu barədə CNN yazır.

CNN mənbələrinin əldə etdiyi məlumata görə, enerji naziri Kris Rayt, Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) administratoru Brandon Uilyams və ABŞ milli laboratoriyalarının nümayəndələri Trampı sınaqların faydasızlığına inandırmağı planlaşdırırlar.

Qeyd edək ki, oktyabr ayında Tramp Pentaqona "digər ölkələr" tərəfindən aparılan "sınaq proqramları" ilə əlaqədar nüvə silahı sınaqlarına başlamağı tapşırdı.

ABŞ 1992-ci ildən bəri birtərəfli moratoriuma riayət edərək nüvə sınaqları keçirməyib.

QAZİLER.AZ