ABŞ-ın Merilend ştatında 24 yaşlı qadın Rometsiya Simms üç yaşlı oğlunu təxminən iki gün ərzində uşaq ölənə qədər parkda yelləncəkdə yelləyib.
Qaziler.az bildirir ki, bu barədə "Mirror" qəzeti noyabrın 14-də məlumat yayıb.
Simms şizofreniyadan əziyyət çəkib və oğlu ilə parka gedəndə remissiyada olub, lakin zehni vəziyyəti sürətlə pisləşib. Yarılma nəticəsində oğlanın ölüm səbəbi susuzlaşma və hipotermiya olduğu öyrənilib.
"Simms həbs cəzasından yayınıb və Merilend hakimi ona məhkəmənin qərarı ilə təqsirini təsdiqləmə müqaviləsinin bir hissəsi olaraq dərman qəbul etməyi və ruhi sağlamlıq görüşlərində iştirak etməyi haqda qərar çıxarıb", - məlumatda deyilir.
Ölən oğlanın xatirəsinə qadının qohumları ruhi pozğunluğu olan insanların problemlərinə diqqət çəkmək üçün xeyriyyə fondu yaradıblar.
QAZİLER.AZ



