Medvedev Ukrayna münaqişəsini əsrin ən qanlı münaqişəsi adlandırdı

Medvedev Ukrayna münaqişəsini əsrin ən qanlı münaqişəsi adlandırdı backend

"Ukrayna münaqişəsi 21-ci əsrin ən qanlı münaqişəsidir".

Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, Avropada formalaşan və nəticədə Rusiyaya qarşı istifadə ediləcək "abses"in darmadağın ediləcəyi aydındır.

"Bunu amerikalılar da edə bilər, avropalılar da və Ukraynanı 21-ci əsrin ən qanlı münaqişəsinə sürükləyən bandera dəstəsindən bezmiş Ukrayna xalqı da bunu edə bilər", - deyə Medvedev qeyd edib.

QAZİLER.AZ