İŞİD terror qruplaşmasının növbəti hədəfi Böyük Britaniya ola bilər. Bu barədə CNN telekanalına kəşfiyyatdakı mənbə bildirib. Mənbənin məlumatına görə, İŞİD-in sıralarında döyüşən 700-dək Böyük Britaniya vətəndaşının ölkəyə qayıdaraq törədə biləcəyi terror hücumları təhlükəsinin olduğu bildirilir.
Qeyd edək ki, Böyük Britaniya İŞİD mövqelərinə hava zərbələri endirməyə başladıqdan sonra radikallar britaniyalı deputatları hədələməyə başlayıb.(APA)