Trampın keçmiş müşaviri hökumətdən 50 milyon dollar tələb edir

Trampın keçmiş müşaviri hökumətdən 50 milyon dollar tələb edir backend

ABŞ-nin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn 2016-cı il seçkilərində "Rusiyanın müdaxiləsi" adlanan iş üzrə məhkəməyə verildiyi üçün ABŞ hökumətindən 50 milyon dollar təzminat tələb edir.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, Donald Tramp administrasiyası Flinn tərəfindən qaldırılan məhkəmə iddiası ilə bağlı danışıqlar aparır. Keçmiş müşavir əvvəlcə yalan ifadə verməkdə günahını etiraf etsə də, sonradan ittihamlara etiraz edib və 2020-ci ildə Tramp tərəfindən əfv edilib.

Bloomberg xəbər verir ki, "O, haqsız hesab etdiyi məhkəmə iddiası üçün 50 milyon dollar tələb edir".

İddia 2023-cü ildə Ağ Evin keçmiş müşaviri Stefan Passantino ilə birgə qaldırılıb. Co Bayden administrasiyası dövründə Ədliyyə Nazirliyi hər iki iddiaçının apelyasiyalarını rədd edib.

Xatırladaq ki, 2017-ci ilin yanvar ayında Tramp vəzifəyə başlayanda Maykl Flinn milli təhlükəsizlik müşaviri olub. Lakin fevral ayında Rusiya səfiri ilə görüşdüyü və Rusiya əleyhinə sanksiyaları müzakirə etdiyi məlum olduqdan sonradövlət məmuru istefa verməyə məcbur olub.

QAZİLER.AZ