Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrindən “Patriot PAC-3” sistemləri istəyir.
Qaziler.az xəbər verir ki, bunu "National Defense" jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko “NEWS.ru”ya bildirib.
Onun sözlərinə görə, ukraynalı siyasətçi həmçinin ölkənin hava hücumundan müdafiəsini oxşar sistemlərlə gücləndirmək niyyətindədir.
“Təbii ki, Zelenski əsasən [Qərbdən] “Patriot PAC-3”ün son versiyası kimi müasir, effektiv, uzaqmənzilli Qərb sistemlərini, eləcə də Norveç, Fransa və bir sıra digər ölkələr tərəfindən istehsal olunan hava hücumundan müdafiə sistemlərini istəyir”, - deyə Korotçenko bildirib.
QAZİLER.AZ



