İsrail daha 15 fələstinlinin meyitini qaytarıb.
Bu barədə "Report" "The Times of Israel"ə istinadən məlumat verir.
HƏMAS isə ötən gün axşam israilli girov Meni Qodarın meyitini təhvil verib.
Xatırladaq ki, oktyabrda əldə olunmuş atəşkəs razılaşması çərçivəsində HƏMAS Qəzzada saxlanılan 20 sağ girovu İsraildə həbs edilmiş və müharibə zamanı saxlanılmış təxminən 2 min fələstinli məhbus müqabilində azad edib.



