Zaxarova Kanadanın Rusiya əleyhinə sanksiyalarına tezliklə cavab veriləcəyini dedi

Zaxarova Kanadanın Rusiya əleyhinə sanksiyalarına tezliklə cavab veriləcəyini dedi backend

Rusiya tezliklə Kanadanın anti-Rusiya sanksiyalarına qarşı cavab tədbirləri görəcək.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 14-də deyib.

"Biz cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq və onlar yaxın gələcəkdə mütləq tətbiq olunacaq - biz bu barədə sizə də məlumat verəcəyik", - deyə o, brifinq zamanı qeyd edib.

Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Kanadanın Baş naziri Mark Cozef Karni Kanadanın Rusiyaya qarşı uğursuz xarici siyasəti səbəbindən Rusiya-Kanada münasibətlərinin "tabutuna son mismar vura" bilər.

QAZİLER.AZ