Noyabrın 12-də Pentaqon rəsmiləri Prezident Donald Trampa Venesuela və Nikolas Maduro rejiminə qarşı hərbi əməliyyatlar üçün variantları təqdim etdilər. Bütün variantlar yaxın günlərdə tətbiq olunmağa hazırdır.
Qaziler.az bildirir ki, bu barədə "CBS News" məlumat verib.
Mənbələr nəşrə bildiriblər ki, Pentaqon Trampa Venesueladakı əməliyyatlar üçün yenilənmiş variantları təqdim edib. Bunlara təkcə hava əməliyyatları deyil, həm də yerüstü əməliyyatlar daxildir.
ABŞ kəşfiyyat orqanları əməliyyatlar üçün məlumatların verilməsində kömək ediblər. Lakin, əməliyyat variantları artıq hazır olsa belə, hələlik heç bir qərar qəbul edilməyib.
Ağ Ev və Pentaqon şərh verməkdən imtina ediblər.
QAZİLER.AZ



