Avropada Ukraynada sülh uğrunda ittifaq yaradıldığını elan edib

Avropada Ukraynada sülh uğrunda ittifaq yaradıldığını elan edib backend

Avropa İttifaqı (AB) daxilində Ukraynada sülh və miqrasiyaya qarşı ittifaq formalaşır.

Qaziler.az TASS-a istinadən  xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

"Müharibəyə və kütləvi miqrasiyaya qarşı çıxan Avropa siyasətçilərinin ittifaqı yaradılır və Bolqarıstan onun əsas üzvüdür", - Siyarto qeyd edib.

Macarıstanın xarici işlər naziri Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşünün bu məsələlərdə ortaq mövqelərin möhkəmləndirilməsinə kömək etdiyini vurğuladı. Xüsusilə, Bolqarıstan və Macarıstan sülh təşəbbüslərini dəstəkləmək barədə razılığa gəldilər. Siyarto əlavə etdi ki, Budapeşt sülh sammitinə ev sahibliyi etməyə hazırdır.

QAZİLER.AZ