Finlandiya Rusiya ilə sərhəddə bir neçə keçid məntəqəsini açacaq

Finlandiya Rusiya ilə sərhəddə bir neçə keçid məntəqəsini açacaq backend

Finlandiya Rusiya ilə sərhəd açılarsa, sərhəddə nəqliyyatın hərəkətini bərpa etməyə hazırdır, amma bu, bütün keçid məntəqəsinə şamil edilməyəcək.

Qaziler.az bildirir ki, bu barədə 13 noyabrda Yle nəşri sərhəd təhlükəsizliyi bölməsinin rəhbəri Yussi Napolun açıqlamasına istinadən məlumat yayıb.

O bildirib ki, açılacaq keçid məntəqələrinin sayı ilə bağlı qərar ölkələr arasında gözlənilən nəqliyyat həcmindən asılı olacaq.

"Biz nəqliyyat həcmini qiymətləndirəcək və buna əsasən neçə keçid məntəqəsinin açılacağını nəzərdən keçirəcəyik", - deyə o qeyd edib.

Napolun sözlərinə görə, sərhəd bağlanmazdan əvvəl nəqliyyat cəmi 18% idi. Lakin Finlandiya sanksiyalar və viza məhdudiyyətləri səbəbindən mövcud axının daha da aşağı olacağını təxmin edir.

QAZİLER.AZ