Avropa Volodimir Zelenskinin müttəfiqi olan iş adamı Timur Mindiçin iştirak etdiyi korrupsiya qalmaqalına "müvafiq şəkildə" cavab verməli və Kiyevə dəstəyini zəiflətməməlidir.
Qaziler.az Ukraynanın "Public" kanalına istinadla bildirir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib.
"Bilirəm ki, Prezident Zelenski korrupsiya ilə mübarizə aparmaq üçün çox çalışır və biz bu səylərdə onu dəstəkləməliyik. Müvafiq cavab Ukraynaya dəstəyi azaltmaq deyil, korrupsiya ilə mübarizədə əhəmiyyətli iqtisadi, hərbi dəstək və yardım göstərməyə davam etməkdir", - deyə o vurğulayıb.
QAZİLER.AZ



