Tramp və Si Cinpin Ukrayna ilə bağlı razılığa gəliblər - KİV

Tramp və Si Cinpin Ukrayna ilə bağlı razılığa gəliblər - KİV backend

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin Cənubi Koreyada keçirilən görüşdə Ukrayna ilə bağlı razılığa gəliblər: ABŞ Tayvanla bağlı Çinə təzyiqdən imtina edir, Pekin isə Rusiyanı sülhə "itələyir".

Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti məlumat yayıb.

"Cənubi Koreyada əldə edilən əsl razılaşma soya və ya yarımkeçiricilərlə bağlı deyildi, Ukrayna ilə bağlı idi. Pusan razılaşması sadədir. ABŞ Tayvan boğazında və Cənubi Çin dənizində hərbi təzyiqi azaldır. Teatr komandirlərindən tutmuş gəmi kapitanlarına qədər bütün səviyyələrdə müntəzəm hərbi danışıqlar bərpa olunur", - qəzet yazıb.

“The Hill” yazır ki, bunun müqabilində Çin Rusiyanı Ukraynadakı dondurulmuş münaqişəni qəbul etməyə məcbur edir.

QAZİLER.AZ